econ_isis37__01__970Suriya və İraqda neft yataqlarını nəzarətdə saxlayan İŞİD Terror Təşkilatının Suriya prezidenti Əsədlə neft ticarətinin rus bankları üzərindən apardığı üzə çıxıb.

Yenicag.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi Əsəd rejiminə maddi dəstək verdikləri və İŞİD-dən neft almalarına vasitəçilik etdikləri üçün aralarında rusların da olduğu dörd nəfər və 6 şirkətə qarşı hüquqi mübarizəyə başlayıb.

Nazirlikdən verilən açıqlamada deyilir ki, qərarın Əsədin Suriya xalqına qarşı zülmünə dəstək verən və İŞİD-dən ucuz neft almasına vasitəçilik edənlər artıq deşifrə edilib.

Nazirliyin Terrorizm və Maliyyə Kəşfiyyatı baş katibi Adam Szubin bildirib ki, “ABŞ Əsədin Suriya xalqına qarşı terroruna dəstək verənləri hədəf almağa davam edəcək”.

Açıqlamada bəzi şəxslərin adları da yer alıb. Belə ki, Suriya vətəndaşı George Hasvani və HESCO Mühəndislik və İnşaat Şirkətinin Əsədə İŞİD-dən alınan nefti daşımaqda ittiham olunaraq, adı “qara siyahı”ya alınıb.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."