İŞİD-in qərargahı vuruldu, 20 terrorçu məhv edildi

Müəllif: Redaktor

Editor

deasTürkiyə Silahlı Qüvvələri “Fırat Qalxanı” əməliyyatı barədə açıqlama yayıb.

Türkiyə Hava Qüvvələri tərəfindən İŞİD-ə növbəti zərbə endirilib. Əməliyyat nəticəsində 20 terrorçu zərərsizləşdirilib. Baş qərargah rəisinin verdiyi açıqlamada deyilir:

“Hava Qüvvələrimizə məxsus təyyarələr tərəfindən Bab və Suflaniyah bölgələrində İŞİD-ə məxsus 7 bina və 1 müdafiə məntəqəsi məhv edildi, 20 terrorçu öldürüldü. İŞİD-dən təmizlənən bölgələrdə partlayici maddə tapildi və 5 raket yerindəcə məhv edildi. Türkiyə Silahlı Qüvvələri bölgədə yaşayan xalqın zərər görməməsi üçün hər cür tədbir görür və bu məsələyə maksimum dərəcədə həssaslıqla yanaşırlar.”

Yenicağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır