!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-in silah anbarı tapıldı

!Reklam – Yazi

142171_res_01Dərbənd rayonunun Rükel kəndi yaxınlığında yerləşən meşədə İŞİD yaraqlılarına aid silah anbarı tapılıb.

Anbarda 30 kiloqramlıq çəlləkdə partlayıcı hazırlamaq üçün ammiak, digər partlayıcı qurğular və xeyli ərzaq aşkar edilib.

Bu arada ötən gün Dərbənddə baş verən hadisənin bəzi təfərrüatları da bəlli olub. Dərbənddəki mənbənin sayta verdiyi məlumata görə, şəhərin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat zamanı yaraqlılar sərt müqavimət göstəriblər. Yaraqlıların Qala küçəsində gizləndiyi 5 mərtəbəli binanın sakinlərinin qeydiyyatını yoxlayan zaman mənzillərdən birində gizlənən yaraqlılar Dərbənd Şəhər Polis İdarəsinin rəisi Mavluddin Maqomedova, Cinayət-Axtarış Şöbəsinin rəisi Musa Musayevə, habelə sahə müvəkkili Eldar Həsənova avtomatdan atəş açıblar. Nəticədə Musayev öldürülüb, Həsənov və Maqomedov isə ağır yaralanıblar.

“Ümumiyyətlə, əməliyyat zamanı 17 polis işçisi yaralanıb, 4 yaraqlı isə öldürülüb. Yaralı polislər Dərbənd və Mahaçqala xəstəxanalarına yerləşdiriliblər”, – deyə mənbə bildirib.(lent)

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv