“İŞİD-in uduzmasını istəmirik” – İsrailli general

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

Major-General-Herzl-Halevi-head-of-Military-Intelligence-croppedHerzliya konfransına qatılan İsrail hərbi kəşfiyyatının başçısı, general Herzl Halevinin İraq və Suriyada İŞİD-ə qarşı mübarizə ilə bağlı mövqeyi izləyicilərdə şok effekti yaratdı. Yenicag.az xəbər verir ki, İŞİD-in son üç ayda xilafəti elan etdiyi gündən bəri ən çətin dönəmini yaşadığını söyləyən Halevi, “İsrail Suriyadakı durumun İŞİD-in məğlub edilməsiylə sona çatmasını istəmir” dedi.

Halevi “Super güclərin bölgədən çəkilərək, İsraili Hizbullah və İran qarşısında yalnız bıraxması bizim vəziyyətimizi çətinləşdirəcək. Bu səbəbdən də, özümüzü belə bir mövqedə olmamaq üçün əlimizdən gələni etməliyik” dedi.

Qeyd edək ki, İsrailin sabiq müdafiə naziri Moşe Ya`alon da yanvar ayındakı çıxışında İran qarşısında İŞİD-i seçəcəklərini, çünki İran və onun dəstəklədiyi qrupların İsrail üçün daha ciddi təhlükə olduqlarını söyləmişdi.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır