İŞİD İraqı yenə qana boyadı: 10 ölü

Müəllif: Redaktor

Editor

IRAQ1470141008İraqın paytaxtı Bağdad və Ramadi şəhərlərində meydana gələn partlamalar nəticəsində 10 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ramadi şəhərinin şərqində terror təşkilatı İŞİD tərəfindən yerə döşənilən bombanın hərbi maşınların keçdiyi zamanı partladılması nəticəsində 7 əsgər həyatını itirib, 13-ü isə yaralanıb.

Bağdadın Talibiyyə bölgəsində isə bomba partlaması nəticəsində 3 nəfər ölüb və 14 nəfər isə yaralanıb.

Qeyd edək ki, İŞİD terror təşkilatı İraqın bəzi bölgələrini ələ keçirməsinin ardından paytaxt Bağdad başda olmaqla müxtəlif şəhərlərdə partlayışlar törətməyə davam edir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır