İŞİD lideri Əl-Bağdadi yaralanıb

Müəllif: Redaktor

Editor

eb0a8a2029979105fb0353ea4e27b900-300x200İraq Silahlı Qüvvələrinin İŞİD-ə məxsus avtokolona endirdiyi aviazərbə nəticəsində terrorçu qruplaşmanın lideri Əl-Bağdadi yaralanıb.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.

Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab edilib.

Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən avtokolonuna aviazərbə endirdiklərini bəyan ediblər.

Qeyd edək ki, Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır(APA).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir