Ads by Google

hightechnic
Ads by Google

gagaikaİraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqda 15 yaşlı uşağın Qərb pop-musiqisinə qulaq asdığına görə başını kəsib.

Bu bardə AzVision.az `Daily Mail`-ə istinadən xəbər verir.

Yaraqlılar Ayham Husseynin CD-pleyerlə birgə Mosulda saxlayıblar. Şəriət məhkəməsi onun edam edilməsi barədə qərar verib. Şəhər sakinlərinin gözü qarşında edam aktı həyata keçirildikdən sonra onun cəsədi ailəsinə qaytarılıb.

Qeyd edək ki, İŞİD-in nəzarət etdiyi ərazilərdə musiqi alətlərində ifa və musiqi sədaları altında mahnı oxunulması qadağandır.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib.

İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."