Yazı İçi 468×60

2015-g-20-antalyactober-1ghAntalyada keçirilən G20 sammiti ərəfəsində İŞİD-in terror törədəcəyi planı üzə çıxıb.

Bu barədə məlumatı Ankara Prokurorluğu yayıb. Məlumatda Qaziantepdə terrorçuların evlərinə edilən basqın zamanı həmin bölgənin əmri olaraq bilinən Yunus Durmazın kompüteri ələ keçirildiyi və bundan sonra terror planının qarşının alındığı bildirilir.

Qeyd edilir ki, evdən tapılan kompüterdəki araşdırmada zamanı İŞİD-in Antalyada təşkil edilən G20 sammitini hədəf seçdiyi məlum olub. Belə ki, təşkilat üzvləri dövlət başçılarının qalacaqları otellərdə əhatəli kəşfiyyat işləri aparıblar. Polisin deşifrə etdiyi plana görə, terrorçular içərisinə bomba yerləşdirilən avtomobili partladaraq, sağ qalanların boğazlarını kəsərək öldürəcəkmişlər.

Bu planın üstü açıldıqdan sonra Prokurorluğun xəbərdarlığı ilə Antalyaya giriş və çıxışlar möhkəm nəzarət altına alınıb. Otellər bölgəsindəki təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb. Həmçinin İŞİD-in Türkiyədə 18 ildə 26 hədəf təyin etdiyi də müəyyənləşib. İzmir və İstanbulda əyləncə və turistik məkanların bu hədəflər arasında olduğu bildirilir.

Təşkilatın Türkiyədə olan yəhudi camaatı, şiə təşkilatları, bəzi sol qrupları da özlərinə hədəf seçdikləri ilə bağlı da məlumatlar əldə olunub. Aparılan əməliyyatlar zamanı terrorçuların evlərində 790 min şəkil ələ keçirilib. Təşkilatın bu şəkillərə yerləşdirdiyi xüsusi şifrələr sayəsində, Suriyadakı mərkəzlə əlaqə qurduğu aydınlaşıb. Məlum olub ki, bəzi çılpaq qadın şəkillərinə yerləşdirilən mesajla xəbərləşmə həyata keçirilib(Aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."