İŞİD Rusiya casusunu belə edam etdi – VİDEO +21

Müəllif: Redaktor

Editor

cesus_rus“İraq və Şam İslam dövləti” (İŞİD) terror qruplaşması “Rusiyanın casusu” adlandırdığı şəxsin edam videosunu yayıb.

Milli.Az NBC News-ə istinadən bildirir ki, əynində narıncı kombinezon olan şəxs diz çökdürülüb. Onun arxasında isə Rusiya ordusundakı xüsusi təyinatlı qüvvələrin geyimində saqqallı şəxs durub. Saqqallının əlində bıçaq var.

İŞİD bildirib ki, “casus” ötən ilin sonlarından bəri Suriyada və İraqda olub.
Daha sonra bu şəxs Rusiyanın xüsusi xidmət orqanları tərəfindən verbovka olunmasından danışıb.
Çəkilişlər Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında aparılıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) casusluq etməkdə suçlanan şəxsin başını kəsəcək saqqallı gənc deyir:

“Biz sizinlə döyüşmək istəyirdik, özünüz buraya gəldiniz! Ey Rusiya xalqı, burada öldürülmüş hər uşağa görə sizin uşaqlarınızı öldürəcək, burada bombardman etdiyiniz hər evə görə evlərinizi viran qoyacağıq. Özünüzü təhlükəsizlikdə hiss etməyəcəksiniz”.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir