!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD Rusiyadakı hücumlara görə məsuliyyəti öz üzərinə götürdü

!Reklam – Yazi

“İslam dövləti” terror təşkilatı Rusiyanın Həştərxan vilayətində iki polisin qətli və Rusiya Qvardiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə yaraqlıların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group şirkəti məlumat yayıb.

Qeyd edək ki, aprelin 4-də Həştərxan şəhərində yol-nəqliyyat hadisəsinin iştirakçıları iki polis işçisini güllələyərək öldürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumda şübhəli bilinən iki şəxsi saxlayıblar, daha beş cinayətkar isə hadisə yerindən qaçmağa müvəffəq olub.

Aprelin 6-na keçən gecə naməlum şəxslər Həştərxan şəhərində Rusiya Qvardiyasının üç əməkdaşını avtomobildən atəşə tutublar. Atışma nəticəsində güc strukturlarının üç əməkdaşı yaralanıb, yaraqlılardan biri isə məhv edilib. (oxu.az)

Yeniçağ.az

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv