!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada türk əsgərlərinə hücum: ölən və yaralananların sayı artıb – YENİLƏNİB

!Reklam – Yazi

95406

İŞİD terrorçularının Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə türk ordusuna hücumu  nəticəsində 4 türk hərbçi ölüb, 15-i yaralanıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə qırıcıları tərəfindən İŞİD-in 24 döyüş mövqeyi vurulub, 40-dan çox terrorçu zərərsizləşdirilib.

***

İŞİD terrorçuları Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə türk ordusuna aid səhra xəstəxanasının olduğu yerə hücum edib.

Yenicag.az-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, 3 əsgər şəhid oldu, 11 nəfər isə yaralanıb. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Hazırda əməliyyatın 120-ci günüdür.

Yenicag.az

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv