www.sinerjipro.net

SinerjiProWide
Reklam

palmiraİŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın qədim Palmira şəhərini yenidən ələ keçiriblər.

Bu barədə “Amaq” agentliyinə istinadən “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, Rusiya Hərbi-Kosmik Qüvvələrinin yaraqlıların şəhərdə mövqe tutmasına mane olmaq üçün endirdiyi silsilə hava zərbələrindən sonra baş verib. Həmin zaman terrorçular şəhəri tərk edərək onun ətrafına çəkiliblər.

Bununla belə, onlar sonradan Palmir yaxınlığında bir qəsri, bir neçə saatdan sonra isə bütün şəhəri ələ keçirə biliblər.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, gecə boyu endirilən 64 aviazərbə nəticəsində 11 tank və piyadaların döyüş maşını, iriçaplı pulemyotla təchiz edilmiş 31 avtomobil və 300-dən çox terrorçu məhv edilib. (Report)

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."