İşıq pulu qalxmayacaq – Rəsmi məlumat

Müəllif: Redaktor

Editor

lampa34Energetika Nazirliyi “news-365.ru” xəbər portalının yaydığı bu ilin noyabrın 1-dən etibarən guya Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılacağı barədə energetika naziri Natiq Əliyevin adından verilmiş məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bu məlumat həqiqətə uyğun deyil və heç bir mənbəyə əsaslanmır.

Energetika naziri N.Əliyev heç bir müsahibə, yaxud çıxışında belə bir bəyanat verməyib. “Odur ki, kütləvi informasiya vasitələrini peşəkarlıq prinsiplərinə zidd olan təxribat xarakterli bu cür qeyri-ciddi məlumatlarla cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq”, – deyə qeyd edilir(Azvision).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir