!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşıq və qaz üçün qoyulan kvota artırılsın – Təklif

!Reklam – Yazi

kvota-artirilsin“Gələn il büdcədən kənd təsərrüfatı sahəsinə 35 milyon manat vəsait ayrılıb. Bununla heç nə etmək mümkün deyil”.

Bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, Tarif Şurasının qərarı ilə kənd təsərrüfatı sahəsinin inkişaflına dair siyasət arasında uyğunsuzluq var: “Enerji və qazın qiyməti artırılıb. Bir sahibkar istixana üçün əvvəl 25 min manat ödəyirdirsə, indi 50 min manat ödəməlidir. Bu baxımdan tərəvəz məhsullarının istehsalında azalma alacaq. Nəzərə alaq ki, məhsullar xaricə çıxarılıb ölkəyə valyuta gətirirdi”.

Deputat təklif edib ki, enerji və qaz üçün qoyulan kvota artırılsın:“Təklif edərdim ki, enerji üçün 250 kv/saat 500 kv/saat , 1500 kubmetr qaz isə 3000 kubmetr olsun. Rayonlarda insanlar evlərini daha çox qazla isidir. Verilən kvota buna təsir edir. Həmçinin Bakının bir çox yerində mərkəzləşmiş istilik sistemi olmadığından onlara da artım təsir edəcək”.

 

Yenicag.az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv