!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İslahatçı Gənclər” Milli Qəhrəmanlarla bağlı layihənin icrasına başlayır

!Reklam – Yazi
Dix99U07y2u7“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətən mənə oğul desə nə dərdim…” adlı layihənin icrasına başlayır. Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı bildirib ki, layihə Milli Qəhrəmanların nümunəvi həyat yolunun gənclər arasında təbliğinə həsr olunub: “Vətən uğrundan şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunə olmalıdır. Bunun üçün isə Milli qəhrəmanlarımızın təbliğinə, onların geniş ictimaiyyətə tanıdılmasına ciddi ehtiyac var. Bu mənada “Vətən mənə oğul desə nə dərdim” adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli Qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini hədəfləyir”.
Fərid Şahbazlı bildirib ki, layihə çərçivəsində maarifləndirici materiallar,  internet saytı, video-roliklər hazırlanacaq. Eyni zamanda Milli Qəhrəmanlarla bağlı jurnalistlər arasında yazı müsabiqəsi keçiriləcək. Bundan başqa Milli Qəhrəmanlarla bağlı maarifləndirici dəyirmi masalar keçiriləcək.

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv