!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslam bayrağı altında fars şovinizmi

!Reklam – Yazi

İranın fars şovinizmi üzərində qurulan siyasəti müsəlman Şərqini zəbt etməyi hədəfləyən səlibçilər üçün münbit şərait yaradıb.

Sevil Nuriyeva

İslam inqilabının qələbəsindən sonra çoxları ümid edirdi ki, ölkənin yeni hakimiyyəti faşizm siyasətindən imtina edərək, beynəlmiləl olacaq və bu qədim dövlətdə yaşayan bütün müsəlman xalqlarının hüquqları qorunacaq. Ancaq indi müşahidə olunur ki, həmin sadəlövh insanların ümidləri nəinki doğrulmayıb, əksinə, İranın klerikal liderləri qeyri-farslara yönələn diskriminasiya siyasəti ilə hər kəsi məyus ediblər. Fars irqçiliyi Şah rejiminin devrilməsindən sonra da İranın dövlət siyasətinin əsasını təşkil etməkdədir.

Türkiyənin müsəlman cəmiyyəti İran inqilabından sonra Xomeyninin qurduğu yeni hökumətlə həmrəylik göstərərək, onu əsl müsəlman, iqtidarını isə müsəlman hökuməti kimi tanıyırdı. Türkiyəli görkəmli ilahiyyatçılar dini dünyagörüşündəki fərqlərə baxmayaraq, “İslam bayrağı”na hörmət olaraq, İran inqilabını dəstəkləyirdilər. Bilirsiniz, niyə?

Ona görə ki, Türkiyədə xalq İslam dininə səmimi şəkildə inanır və onun qaydalarına riayət edir. O baxımdan, Türkiyə xalqı İranın timsalında İslamın bayraqdarını görürdü. Ancaq sonra İran hakimiyyətinin yürütdüyü məlum siyasət İran mollakratiyasını bu statusdan məhrum etdi. Səbəb – İran klerikallarının İslam bayrağını fars faşizminə sipər etmələri oldu. İranda İslam bayrağı altında fars faşizmi çiçəkləndi və bu, artıq heç kəsə sirr deyil.
İranda 30 milyondan artıq türkün yaşadığı Azərbaycan əyaləti var. Onların əksəriyyəti şiədir. Qonşuluqda isə 9 milyonluq əhalisinin çoxu şiə olan Azərbaycan Respublikası yerləşir. Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ işğal altındadır. İşğalçı isə xristian dövlətlərinin dəstəklədiyi Ermənistandır. Yaxınlıqda isə müsəlman Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanla dost münasibətlər saxlayan İran var. İran Qarabağ münaqişəsində səlibçilərin dayaq məntəqəsinə çevrilmiş Ermənistanı dəstəkləyir və onunla dostluq edir.
İran bu siyasəti ilə bir daha göstərir ki, İslamın əsas şərti olan “Müsəlmanlar qardaşdırlar” prinsipini tapdalayır. Müsəlman aləmin tarixinin ən ağır dövrlərindən birini yaşadığını nəzərə alsaq, İran bu məsələdə sabitləşdirici dövlət funksiyasını üzərinə götürməlidir. Ancaq yenə də bu gözləntilərin əksi ilə qarşılaşırıq: inkişaf etmiş müsəlman ölkələrindəki İranyönlü qruplaşmalar yerli hakimiyyətlərə problem yaratmaqla məşğuldurlar.

Bütün bunlar əlbəttə ki, İslam həmrəyliyinə xidmət etmir. Əgər dövlətin siyasətində təriqət mənsubiyyətinə görə müsəlmanlara qərəzli münasibət varsa, bu ölkə İslam bayraqdarı ola bilməz. Bu, İslam bayrağı ilə pərdələnmiş fars faşizmidir.

İranın bu siyasəti əyləc rolunu oynayır. Əslində isə İran çalışmalıdır ki, İslam mədəniyyəti yenə də dünya sivilizasiyasının fövqünə yüksəlsin. İslam dövləti olan İran nədən səlibçilərə qarşı savaşan din qardaşlarının yanında dayanmır və müsəlmanlarla vuruşur?

Bu günlərdə Bəhreyn parlamentinin deputatı heç kəsin gözləmədiyi kəskin bir bəyanat verdi. Həmin ərəb deputat İranda türklərin problemlərindən, onların hüquqlarının pozulmasından danışdı. Məntiqi sual yaranır: “İran türklərinə qarşı bu sevgi haradandır?” Axı Yaxın Şərqdə İran türklərinin problemlərindən daha ciddi məsələlər var. O zaman bəhreynli ərəb deputatın İrandakı Cənubi Azərbaycan məsələsini qaldırmaqda məqsədi nədir?
Mən elə bu məsələni təhlil etmək istəyirəm. Nəhəng İslam coğrafiyasındakı müxtəlif müsəlman dövlətlərinin siyasəti İslam dünyasının qələbəsinə deyil, bir-birilərini sıradan çıxartmağa yönəlib. Bu isə o deməkdir ki, müsəlman ölkələrindəki siyasi sistemləri anqlosakslar və yəhudilər yaradıblar, onlar da idarə edirlər. Fars faşizminə əsaslanan İran siyasətinə də bu kontekstdə baxmaq lazımdır.

İran ya fars şovinizmini, ya da İslam quruluşunu seçməlidir. Bu ənənələrin sintezi həmin sistemin bütün eybəcərliklərini açıq göstərdi. Əgər İslam bayrağı və şiəlik fəlsəfəsi fars millətçiliyinə xidmət edəcəksə, bu, İslam coğrafiyasını təhdid edən çox təhlükəli tendensiyadır.

Bu gün, İslam dünyasının indiki ağır durumunda İran-Türkiyə-Səudiyyə Ərəbistanı bir-birilərindən ehtiyatlanaraq düşmənçilik etməməlı, düşmənlərə qarşı vahid ittifaq qurmalıdırlar.
İran mediası hələ də anti-Türkiyə təbliğatını davam etdirir. Müsəlman dövlətləri arasında belə anlaşılmazlıqlar, fikir ayrılıqları, açıq və ya qapalı düşmənçilik xarici qüvvələrə əlavə təsir imkanları qazandırır, onların İslam dünyasındakı pozuculuq fəaliyyətinə şərait yaradır.

Əgər İran indi oynadığı roldan məmnundursa, sözümüz yoxdur. Onsuz da tez, ya gec İslam aləmi birləşəcək və bütün təcavüzkarları yerində oturdacaq. Vaxt gələcək, mövcud dünya düzəni də dəyişəcək – necə ki böyük Mehmet Fateh İstanbulu fəth edərək, dünya paradiqmasını dəyişdi.

O an gəldikdə İslam dünyasının vəhdətinə mane olmağa çalışanlar bu dünyada olmayacaqlar…

Sevil Nuriyeva, “Star” qəzeti, Türkiyə

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv