Yazı İçi 468×60

usi-logo-finalQabil Hüseynli: “Xülyadır, gələcək perspektivi baxımından da xeyli abstrakt görünür”

Türkiyədə Səadət Partiyasının lideri Mustafa Qamalak bir çoxlarının diqqətini cəlb edəcək təkliflə çıxış edib. M.Qamalak müsəlman dünyasına səslənərək onları İslam ittifaqı , İslam NATO-su yaratmağa səsləyib.

Maraqldır, görəsən, belə bir təklifin reallaşması nə dərəcədə mümkündür?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında İslam NATO-sunun yaradılması ideyasının real olmadığını bildirdi: “Hazırda İslam ölkələrinin hamısı bir-birilə ciddi konfrantasiyadadır. Yüz illərdir ki, İslam həmrəyliyi, birliyini yaratmağa çalışırlar, amma heç nə alınmır. İslam dünyasında təriqətlər getdikcə çoxalır və dərinləşir. İslam NATO-sunu yaratmaq mümkünsüzdür. Onların heç inteqrasiyası da mümkün deyil. Düzdür, ideyanı bəyənirəm. Heç olmasa İslam Konfransı Təşkilatı ətrafında bu ölkələrdə qayda-qanuna nəzarət etmək üçün bir kontingentlik silahlı qüvvələr yaratmaq xoşagələn olardı. Amma bu ideyanı həyata keçirmək hələ ki, mümkün deyil. Gələcək üçün isə onun perspektivləri baxımından da xeyli abstrakt görünür. Heç olmasa İslam ölkələri arasında iqtisadi əlaqələri gücləndirmək, onlar arasında müəyyən məsələlərə oxşar yanaşmanı  həyata keçirmək mümkün olsaydı, dediyiniz məsələ ətrafında yaşıl işığın yana biləcəyi ehtimalı söyləmək də mümkün olardı. İranı götürək, bu ölkə Dağlıq Qarabağ məsələsində  şiə Azərbaycanı deyil, xristian Ermənistanın yanındadır. Belə olan halda  onları necə NATO-da birləşdirmək olar? Bu bir xülyadır”.

ELÇİN

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."