Yazı İçi 468×60

80965Azərbaycan ictimaiyyəti sosial mediada İslam dini adından yalan danışanlara qarşı aksiyaya başlayıb. ANS PRESS-in məlumatına görə, sosial aksiya “İslam dünyası müqəddəs kitabımız Qurana qarşı yalan uydurub söyləyənləri ləğv etmədən və Quranı anlamadan irəliləyə bilməz” şüarı altında təşkil edilib.

İslam dini altında dünyada törədilən terrorlara və İslamafobiyanın vüsət almasına qarşı çıxan səhifə “İslam adından yalan söylədilər” adlanır (https://www.facebook.com/islamAdinaYalanSoyledilerazerbaycan).

Səhifədə bir çox məqamlara Quran surələri və ayələri ilə aydınlıq gətirilir. Terrorun İslamda pislənməsi Quranın ərəbcə Rad, azərbaycanca Göy gurultusu adlanan 13-cü surəsinin 25 ayəsində belə əks olunub: Yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, lənət onlar üçündür.

Bəli, İslam dini sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinimizə ziddir; mərhəmətsizdir, qan tökmək, öldürmək, acı çəkdirmək istəyir. Bu səbəbdən bir terror hərəkətinə mənbə axtararkən, qaynağı dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini, faşist, kommunist, irqçi, materialist düşüncədəki insanlarda axtarmaq lazımdır.

Terroristlərin hansı adı daşıdığı, şəxsiyyətlərində nə yazdığı əhəmiyyətli deyil. Bir adam günahsız insanları göz qırpmadan öldürürsə, dindar deyil, dinsizdir. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və acı çəkdirmək olan bir canidir.

Bu səbəblə, “İslami terror” öz içində ziddiyyətli və son dərəcə səhv bir anlayışdır. Çünki İslam dinində heç bir şəkildə terrora yer yoxdur. Əksinə, İslama görə “terror” olaraq adlandırdığımız hərəkətlər, yəni günahsız insanlara qarşı işlənən cinayətlər böyük bir günahdır və müsəlmanlar bu hərəkətlərə mane olmalı, yer üzünə sülh, dinclik və ədalət gətirməklə məsuldurlar.

Qeyd edək ki, əhalisinin əsasən müsəlmanlar təşkil etməsinə baxmayaraq tolerant ölkə kimi tanınan Azərbaycan və azərbaycanlılar İslamafobiyanın vüsət almasından çox narahatdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."