!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İslamda hacı, məşədi, nə də kərbəlayı anlayışları yoxdur”

!Reklam – Yazi

hqdefaultElşad Miri: “Müqəddəs yerləri ziyarət edib özlərini hacı, məşədi, kərbəlayi kimi təqdim etmək əslində natamamlıq kompleksinin başqa bir adıdır”

İslam dünyasında, o cümlədən onun bir hissəsi olan Azərbaycanda müqəddəs yerləri ziyarət edib gələnlər özlərini hacı, məşədi, kərbəlayi adlandırırlar. Hətta onlar televiziya verilişlərində təqdim olunarkən, yaxud da mətbuatda adı hallanarkən adının qarşısında həmin hacı, məşədi, kərbəlayi sözləri işlədilir. Adərən, görmüşük ki, bir insanı təqdim edəndə onun adı, soy adı və atasının adı qeyd olunur. Amma belə görünür, müqəddəs yerləri ziyarət edənlər yuxarıda qeyd edilən sözlərin adlarının qarşısına əlavə edilməsində maraqlıdırlar.

Görəsən, televiziya verilişlərində, mətbuatda həmin insanların adı çəkilərkən hacı, kərbəlayi, yaxud da məşədi filankəs kimi hallandırılması nə dərəcədə məntiqlidir? Bunun nə mənası var ki?

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin fikrincə, özlərini hacı, məşədi və ya kərbəlayi kimi tədim etmək əslində natamamlıq kompleksidir: “Müqəddəs yerləri ziyarət edib özlərini hacı, məşədi, kərbəlayi kimi təqdim etmək əslində natamamlıq kompleksinin başqa bir adıdır. Bunlar hamısı özünü dindar kimi göstərməyə çalışmaq, süddən çıxmış ağ qaşıq kimi olduğunu iddia etmək, guya bu adı özünə verməklə həcci qəbul olunur, nə desə doğrudur, güvənilən insandır kimi bir imic formalaşdırmağa hesablanmış addımlardır. Burada başqa heç bir şey yoxdur. İslamda da nə hacılıq, nə məşədilik, nə də kərbəlayılıq deyilən bir anlayış yoxdur. Peyğəmbərimiz də həccə gedib, amma heç bir zaman ona heç kim hacı filankəs deməyib. Bu düşüncələr sadəcə olaraq müəyyən zamanlarda müəyyən insanlar tərəfindən ortaya atılan və bu adları özlərinə verməklə özlərinə haqq qazandırmağa çalışan, din biznesinin başqa bir formasıdır. Həccə gedib gələndən sonra mətbu orqanların birində məni hacı kimi təqdim etdilər. Onlarla əlaqə saxlayıb özüm özümə belə adı demədiyim halda, onlardan da elə bir şeyi deməməyi və yazmamağı xahiş etdim. Belədə məsələ həll olundu”.

ELÇİN

www.yenicag.az

870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv