!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İslamiada: Azərbaycan liderliyini davam etdirir - Medal sıralaması

!Reklam – Yazi

IV İslam Həmrəyliyi Oyunlarının üçüncü yarış günündə medal sıralaması bəlli olub.

Yeniçağ.Az xəbər verir ki, Türkiyə ötən günün başlanğıcında liderliyi ələ alsa da, günün sonunda Azərbaycan idmançıları qazandıqları qızıl medallarla birinc pilləni “ay-ulduzlular”dan geri alıb.

Hazırda “Baku-2017″də qızıl medallarımızın sayı 24-dür. Təmsilçilərimizdən 17-si “gümüş”, 9-u isə “bürünc” qazanıblar. Medalların ümumi sayı 50-dir.

Türkiyənin aktivində isə 20 qızıl medal var. 24 gümüş medal qazanan türkiyəlilər, 15-ci dəfə üçüncü olub. Qonşu ölkənin aktivində 59 medal olsa da, “qızıl”ların sayına görə ikinci pillədə qərarlaşıb.

Üçüncü pillədə isə 5 qızıl medalla Özbəkistandır. Özbək idmançılardan 4-ü “gümüş”, 12-si isə “bürünc” qazanıblar.

Maraq üçün bildirək ki, Pakistan, Qazaxıstan, Suriya, Fil Dişi Sahili, Kamerun, İraq, Livan, Mərakeş, Oman, Türkmənistan və Birləşmiş Ərəb Əmirliyi qızıl medal üzünə həsrətdir.

Yeniçağ.az

www.yenicag.az

1793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv