!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda DƏHŞƏT: Qız anasını uçurumdan atdı – Yenilənib

!Reklam – Yazi

ucurumİsmayıllı rayonunda ana və qızı arasında baş verən dava qanla nəticələnib.

APA-nın xəbərinə görə, dəhşətli hadisə bu gün səhər saatlarında rayonun Qalacıq kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Həmzəyeva Gülzadə Callad qızı ailə münaqişəsi zəminində anası, 1954-cü il təvəllüdlü Həmzəyeva Şükufə Polad qızını döyərək ona bədən xəsarətləri yetirib. Ana qızın əlindən çıxaraq küçəyə qaçıb və qonşulardan kömək istəyərkən Gülzadə Həmzəyeva onun arxasınca küçəyə çıxıb və anasını yenidən döyərək onu evin yanından keçən Qalacıq çayına atıb. Anasını itələyərək çaya aşıran qız onu köməksiz vəziyyətdə qoyaraq evə qayıdıb. Təxminən 5-6 metr hündürlükdən daşlı və kol-koslu çay yatağına yıxılan 64 yaşlı qadını ölümdən qonşular xilas ediblər. Baş və bədənin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyeva təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qalacıq bələdiyyəsindən APA-ya verilən məlumata görə 23 yaşlı Gülzadə Həmzəyeva ruhi xəstədir, dayısının dəstəyi ilə Bakıda müalicə olunsa da, faydası olmayıb. Birgə yaşadığı anası ilə uzun müddətdir ki, yola getmir, tez-tez onunla dava edərək onu döyür. Onların ayrı yaşaması üçün kənd rəhbərliyi tərəfindən evin həyətinə vaqon da qoyulub, lakin qız anasını bir neçə dəfə öldürməyə cəhd edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

14:40

Sakinlər publika.az-a bildiriblər ki, qadın artıq xəstəxanaya aparılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir və yaşamasının qeyri-mümkün olduğu ehtimal edilir. Hadisənin səbəbkarı Gülzadə Həmzəyeva isə polis tərəfindən saxlanılıb.

***

14:13

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə yaşanıb.
Yerli sakinlərin Publika.az-a verdiyi məlumata görə, Gülzadə Həmzəyov adlı qız anası Şükufə Həmzəyovu uçurumdan atıb. Məlumata görə, ana ilə qız uzun müddət imiş ki, yola getmirmişlər. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyov anası 70 yaşlı Şükufə Həmzəyovu kəndin yaxınlığındakı uçuruma gətirərək oradan aşağı atıb.
Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadının dadına kənd sakinləri çatıb. Onlar Ş.Həmzəyovu xilas edərək evə gətirib və polisi hadisə ilə bağlı məlumatlandırıblar. Hələ ki, polisin gəlməsini gözləyirlər. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.
Qeyd edək ki, Gülzadə Həmzəyovun ruhi xəstə olduğu bildirilir. O, bir neçə gün öncə Bakıda ruhi müalicə alaraq İsmayıllıya qayıdıb.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv