www.sinerjipro.net

SinerjiProWide
Reklam

İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub.

Yenicag.az APA-ya istinadən xəbər verri ki, hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb.

İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı fermanın bütün ərazisindəki yanar konstruksiyalar yanıb, eləcə də içərisindəki 10 min baş cücə, toyuq və xoruz tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün quşları xilas etmək mümkün olmayıb. Sahibkarın sözlərinə görə, yanğın nəticəsində ona 100 min manata yaxın maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1177
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."