www.sinerjipro.net

SinerjiProWide
Reklam

fa2053d61618a53c88a620427e1cd5aeİsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb. Apasport.az saytı xəbər verir ki, söküntü işi “Neftçi” klubunun istəyi ilə həyata keçirilir.

Belə ki, orda baza tikməyi qərarlaşdıran “ağ-qaralar” bu yöndə fəaliyyətə başlayıblar.

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bildirib ki, söküntü işi tam bitdikdən sonra rəhbərlik əraziyə baxış keçirəcək: “Bəli, İsmət Qayıbov adına stadionda hazırda iş gedir. Söküntü işi klubumuzun istəyi ilə başlanılıb.

Biz əvvəldən də demişdik ki, orda baza tikiləcək. Söküntü işi də məhz bununla əlaqədardı. Bu proses başa çatdıqdan sonra əraziyə baxılacaq. Ondan sonra isə layihəyə əsasən, bazanın tikintisinə başlanılacaq. Tikinti işlərinin konkret nə vaxt başlanılacağı ilə bağlı hələlik heç nə deyə bilmərəm”.

Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu “Neftçi”yə məxsusdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."