!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmət Qayıbovun şəhidlik günüdür

!Reklam – Yazi

smət_Qayıbov_esas20 noyabr Azərbaycanın ilk Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbovun şəhid olduğu gündür.

İsmət Qayıbov 1942-ci ilin oktyabrın 8-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alıb. 1967-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirib.

İsmət Qayıbov əmək fəaliyyətinə 1963-cü ildən başlayıb. 1965-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib.

O, 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olaraq 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə, 1975-ci ilin iyun ayında isə Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

İsmət Qayıbov 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.

1990-cı ilin avqustunda isə Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib. Daha sonra isə müstəqil Azərbaycanın ilk Baş prokuroru olub.

1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içərisində olduğu “Mi-8” vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Onun rəsmi dəfn mərasimi Bakıda keçirilib.
Mərhum Baş prokuror Fəxri Xiyabanda dəfn olunub.

Hazırda Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb, Bakıdakı Bakıxanov qəsəbə stadionu, neft tankeri, ölkədə bir çox məktəb və küçə onun adını daşıyır.

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv