www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Barselona”nın müdafiəçisi Jerard Pikenin Kataloniyanın müstəqilliyi ilə bağlı referendum günü baş tutan La Liqanın 7-ci turunun “Las Palmas”la ev oyunundan sonra söylədiyi fikirlər ona əsl problem yaradıb.

Yenicag.az xəbər verir ki, təcrübəli futbolçu həmin şəhərdə baş verən olaylara münasibət bildirərkən göz yaşlarını saxlaya bilməmiş, lazım gələrsə İspaniya yığmasındakı karyerasına son qoya biləcəyini söyləmişdi. Bu gün isə o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlara hazırlaşan İspaniya yığmasının heyətində keçirdiyi ilk məşq zamanı azarkeşlərin böyük təzyiqi ilə üzləşib. Məşqi izləməyə gələn fanatların fitə basdığı Pike bu təzyiq qarşısında cəmi 23 dəqiqə məşq edə bilib. Təzyiqin getdikcə artdığını görən müdafiəçi təhlükəsizlik xidməti işçilərinin köməyi sayəsində meydanı tərk etməli olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2011
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.