yenicag.az

“Real Madrid” yeni rekorda imza atıb

“Real Madrid” yeni rekorda imza atıb

Müəllif: Redaktor

Editor

Komandanın məğlubiyyətsizlik seriyası 40-a çatıb

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, bu ölkə kubokunun 1/8 final mərhələsində “Sevilya” ilə keçirilən ev oyununda baş verib.

Belə ki, 3:3 hesabı ilə başa çatan oyundan sonra Madrid təmsilçisi məğlubiyyətsizlik seriyasını 40-a çatdırıb. Bununla da Zinəddin Zidanın rəhbərlik etdiyi komanda “Barselona”nın rekordunu yeniləyib. Kataloniya təmsilçisində bu göstərici 39-dur.

Qeyd edək ki, ilk görüşdə 3:0 hesablı qələbə qazanan “Real Madrid” 1/4 finala yüksəlib.

Yeniçağ.Az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti