yenicag.az

İsrail mühasirədən əl çəkdi

İsrail mühasirədən əl çəkdi

Müəllif: Redaktor

Editor

19144Qüds şəhərində yerləşən Məscidi-i Aksanın ətrafını mühasirəyə alan İsrail əsgərləri sonradan müsəlmanların oraya daxil olmasına icazə verib.

Yenicag.az xəbər verir ki, əsgərlər məscidə daxil olanların şəxsiyyətini ciddi şəkildə araşdırır.

Qeyd edək ki, səhər saatlarında məscidə hücum edən  İsrail əsgərləri orada axtarış aparmağa başlayıblar. Daha sonra 5 fələstinli şübhəli şəxs qismində saxlanılıb. Sonradan məscid mühasirəyə alınıb və giriş qadağan edilib. Lakin günorta saatlarında Məscidi-i Aksaya girişə icazə verilib.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti