İsrail ordusu Misir ərazisindən buraxılan raketləri vurub

Müəllif: resul

Editor

Misir ərazisindən Eylat şəhərinə buraxılan üç raket İsrail ordusunun “Dəmir Günbəz” havadan müdafiə sistemi tərəfindən vurulub.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, raketlər İsrail ərazisinə Sinay yarımadasından buraxılıb.

Məlumata əsasən, partlayışlar Eylatda hiss olunub. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisə ilə əlaqədar Eylat meriyasında təcili yığıncaq keçirilib.

İnsidentə görə məsuliyyəti İŞİD-in Misirdəki özəyi öz üzərinə götürüb.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır