!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail prezidenti İlham Əliyevi təbrik etdi

!Reklam – Yazi

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident.

Gələn ay İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur.

İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub.

Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar.

Ötən ilin dekabr ayında Bakıda mənə, həyat yoldaşıma və bütün nümayəndə heyətinə göstərdiyiniz möhtəşəm mehribanlığınızı və lütfkar qonaqpərvərliyinizi heç zaman unutmayacağam. İnanıram ki, bu səfər müxtəlif sahələrdə ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcək. İmzaladığımız dörd iqtisadi saziş daha güclü əməkdaşlıq məqsədlərimizə çatmağa kömək edəcək.

Sizinlə gələcək illərdə də daha yaxından işləməyə və tezliklə Sizi İsraildə qarşılamağa ümid edirik”.

Yeniçağ.az

www.yenicag.az

1658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv