www.sinerjipro.net

SinerjiProWide
Reklam

İsrailin Netaniya şəhər kitabxanasında İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən Fuad Hüseynzadənin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aktiv diaspor nümayəndələrinin fəaliyyətindən bəhs edən “Dünya Azərbaycanlılarının Palitrası” kitabının təqdimatı olub. Bu haqda “Azİz”in yeni yaradılan saytında məlumat yer alıb (http://aziznews.ru/news/aziz/334-kniga-o-diaspore.html).

“Hazırda Azərbaycan diasporu Azərbaycanın maraqlarının təmsil olunmasında müxtəlif ölkələrdə böyük uğurlar əldə edib. “Azİz” yarandığı gündən uğurla fəaliyyət göstərərək Azərbaycanı İsraildə çox məşhurlaşdırıb”, deyə xəbərdə
Prezident İlham Əliyevin 2016-cı ilin oktyabrında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sitat verilib.

Təqdimat zamanı Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman müəllif və kitab haqqında məlumat verib. Daha sonra Yeganə Salman “Azərbaydan diasporunun palitrası” kitabını AZEM Amerika Azərbaycan Həmyerlilər Birliyinin sədri Oleq Mövsümova, “Azİz”in baş direktoru Lev Spivaka, “Şolumi” Dağ Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Şaul Siman-Tova və “Novıy Rubej” beynəlxalq jurnalının baş redaktoru Nobert Yevdayevə təqdim edib. Qeyd edək ki, “Dünya azərbaycanlılarının palitrası” kitabında 10-a yaxın Azərbaycan yəhudisinin müsahibəsi verilib.

DJB-nin Mətbuat xidməti

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 77
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."