!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin məhvi planı – 1900 illik sirr Ərdoğanda

!Reklam – Yazi

15327529_834802193329752_486393323_n-1Türk, ingilis və yəhudi casuslar tarixin ən mühüm mübarizəsində necə toqquşublar?

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, MOSSAD (İsrail) və MI6-nın (Böyük Britaniya) izinə düşdükləri “Tövrat”ın 1900 illik əlyazması Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) 2012-ci il dekabrın 24-də keçirdiyi xüsusi əməliyyat nəticəsində dönəmin baş nazirinə (Rəcəb Tayyib Ərdoğan) çatdırılıb.

Lakin dinlərin tarixini dəyişdirəcək həmin “Tövrat” kitabının əldə olunması üçün Adanada film kimi xüsusi əməliyyat keçirilib. O tarixi kitabı satanlarla 40 milyona anlaşan MİT əməkdaşları görüş yerində pusquya dayanan MOSSAD və MI6 casuslarını usta manevrləri ilə zərərsizləşdiriblər. 2012-ci ildə baş tutmuş əməliyyatdan sonra Türkiyənin o zaman baş naziri olan Rəcəb Tayyib Ərdoğan elə bir sirrə sahib oldu ki, bu sirr açıqlansa, İsrail və yəhudilərin kimyasını pozacaq qədər, həm də siyasət və dinlərin tarixi də dəyişəcək.

O baxımdan İsrail MOSSAD-ının “Tövrat”ın sözügedən nüsxəsini ələ keçirmək üçün hərəkətlənməsi başa düşülən idi. Lakin yəhudi casusların, o cümlədən “Tövrat”a sahiblənmək üçün dövrəyə girən MI6 xəfiyyələrinin planları nəticəsiz qalıb. Türk xəfiyyələri 2012-ci il dekabrın 24-də Adanadakı “Hilton” otelində baş tutan əməliyyatda ingilis və yəhudi rəqiblərini azdıraraq, “Tövrat”ın misilsiz nüsxəsini əldə ediblər. İbrani dilində olan “Tövrat”ın o nüsxəsi Ankaraya gətirilir və yüksək təhlükəsizlik şəraitində onun araşdırılmasına mütəxəssislər cəlb olunur. Araşdırma zamanı məlum oldu ki, 1900 il əvvəl qələmə alınmış “Tövrat” indiki “Tövrat”dan ciddi surətdə fərqlənir. Ona görə də, İsrailin “Tövrat”ın nadir nüsxəsini geri qaytarmaq üçün böyük pullar təklif etməsi təəccüblü deyil. Yəhudi dövləti kitabdakı sirlərdən onun əleyhinə istifadə olunmasını qətiyyən arzulamır.

Maraqlıdır ki, “Tövrat” sirlərinin yaxın 1 il ərzində R.T.Ərdoğan tərəfindən açıqlanacağı ehtimal olunur.

Yeniçağ.Az

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv