İstanbulda atışma: ölənlər var – YENİLƏNİB

Müəllif: Redaktor

Editor

tapanca_256736311:34

Milli.Az “Habertürk”ə istinadən xəbər verir ki, atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən biri tanınmış biznesmen Veysel Kadayıfcıoğludır.

Məlumata görə, biznesmen dostları ilə birlikdə oturarkən silahlı dəstə tərəfindən güllələnib. Mərmi dəyənlərdən 2 nəfəri hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə ağırdır.

———-

08:25

İstanbulun Etiler rayonunda atışma baş verib. APA-nın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, silahlı insident nəticəsində 2 nəfər ölüb.

İnsidentin səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır