!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda güclü partlayış – 29 şəhid, 166 yaralı (Video+Yenilənib)

!Reklam – Yazi

172483_src1İstanbulun mərkəzində partlayış baş verib.

Türkiyə Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, terror nəticəsində 15 nəfər həlak olub, 69 nəfər yaralanıb.

***

Jurnalist Çetiner Çetinin sözlərinə görə, iki partlayış olub. Hər iki partlayış arasında isə 30 saniyə müddət olub: “Bu daha çox “Əl-Qaidə” metodu sayılsa da, PKK son aylarda Güney Şərqdə bu taktikadan daha çox istifadə edir. Birinci partlayış polislərin oraya toplanması üçün atılan addımdır”.

***

“Əl-Cəzirə” ən az 15 şəhidin olduğunu qeyd etdi.

***

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Beşiktaş rayonunda, Maçka parkı yaxınlığında baş verib.

Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. İlkin məlumata görə, hadisə nəticəsində 20-dək insan yaralanıb.

LigTV müxbirinin bildirdiyinə görə, 10 saniyə ərzində iki partlayış səsi eşidilib.

Terror mütəxəssislərinin fikrincə, təxribatın DHKP-C adlı solçu örgüt tərəfindən tərəfindən törədilmə ehtimalı böyükdür.

***

Terror anı kameralara belə düşüb:

Həvəskar çəkiliş

https://youtu.be/u_-Kb0rh1YI

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin yaralandığını bildirib.

Məlumata görə, ölənlərin 27-si polis əməkdaşı, 2-si dinc vətəndaşdır. Hadisə ilə bağlı 10 nəfər saxlanılıb.

Terror hücumu Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) “Beşiktaş”-“Bursaspor” matçının bitməsindən saat yarım sonra baş verib. Bir-birinin ardınca törədilən iki partlayışda çevik polis qüvvələri hədəfə alınıb.

Süleyman Soylu partlayışlardan birinin bomba yüklü avtomobillə, digərinin isə canlı bomba tərəfindən törədildiyini açıqlayıb.

Yenicag.az

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv