!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Nuru Paşa parkı açıldı – Fotolar

!Reklam – Yazi

Türkiyədə 99 il əvvəl – 1918-ci il sentyabrın 15-də Bakını rus-erməni işğalından azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adını daşıyan park istifadəyə verilib.

Yenicag.az xəbər verir ki, Nuru Paşa Parkı İstanbulun Bəyoğlu Bələdiyyəsi ərazisinə aid Sütlüce səmtindəki Haliç sahilində – vaxtilə ona məxsus olmuş silah zavodunun ərazisində inşa olunub.

Məlumata görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi Məclisinin qərarı əsasında tikilən Nuru Paşa parkının açılış mərasimindən əvvəl bir sıra tanınmış siyasətçilər, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri Nuru Paşa ilə silahdaşlarının dəfn olunduqları Edirnekapı Şəhidliyindəki məzarlarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin ruhuna Qurani-Kərim oxunduqdan sonra Nuru Paşa parkının rəsmi açılışı olub.

Çıxış edənlərdən biri 1918-ci il mayın 25-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusunun əsgərlərini Gəncədə qarşılayan general Hüseynqulu xan Xoyskinin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç hökumət kabinəsində baş nazir olmuş Fətəli xan Xoyskinin qohumu Hərim Məmmədzadə babalarından Nuru Paşa haqqında eşitdiyi bəzi xatirələri danışıb.

Nuru Paşanın böyük qardaşı, Osmanlı Ordusunun sonuncu Baş komandanı Ənvər Paşanın nəvəsi Arzu Ənvər Ərdoğan da əmisinin xatirəsinin əbədiləşdirilməsi və adına park açılması münasibətilə İstanbul Böyük Şəhər Bələdiyyəsinə minnətdarlığını bildirib.

Nuru Paşa haqqında kitabın müəllifi Atilla Oral isə mərasimdəki çıxışında Qafqaz İslam Ordusu komandanına Azərbaycanda hər zaman dərin rəğbət olduğunu diqqətə çatdırıb. Oral qeyd edib ki, Nuru Paşanın adının Azərbaycanda da əbədiləşdirilməsi geniş rəğbətlə qarşılanacaq.

İstanbul Valisi adından mərasimə qatılan və çıxış edən Beyoğlu kaymakamı Osman Ekşi Nuru Paşanı əsl qəhrəman kimi dəyərləndirib:

“Tarixdəki qəhrəmanlarımızı tanımağımız gələcəyimizi daha etibarlı şəkildə qurmağımızın təminatıdır. Nuru Paşa bizim qəhrəmanlarımızdandır”.

Mərasimin yekununda xatirə şəkilləri çəkilib.

Yenicag.az

www.yenicag.az

1946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv