İstanbulda törədilən terror aktı ilə əlaqədar iki nəfər saxlanılıb

Müəllif: resul

Editor

İstanbulda Yeni il gecəsi törədilən terror aktı ilə əlaqədar iki nəfər saxlanılıb.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə “Haberturk” telekanalı məlumat verib.

Saxlanılanlar uyğur əsilli Çin vətəndaşı Omar Asimi və Abulyez Abduhamiti adlı şəxsdir. Onların terror hadisəsini törədən şəxslə əlbir olduğu ehtimal olunur.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail, Rusiya vətəndaşları olub.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir