!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda "XVII Türk dünyası gənclik günləri və qurultayı keçirilir - Fotolar

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, bugün İstanbulda Türk Xalqları Konseyi və Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı ilə “XVII TÜRK DÜNYASI GƏNCLİK GÜNLƏRİ VƏ QURULTAYI”nın açılış mərasimi keçirilib.

Tədbirdə 42-ə yaxın ölkədən 100-ə yaxın nümayəndə iştirak edib.

Qurultayı giriş sözü ilə “Türk Halkları Konseyi”nin başkanı Mahmud Oral açaraq Qurultayın türk dünyasında oynadığı mühüm roldan danışdı.
Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev isə çıxışında Qurultayın tarixi əhəmiyyətindən danışdı:

“Bizim üzərimizə düşən əsas vəzifə türk dilini, mədəniyyətini qorumaq, yaşatmaq və gələcək nəslə sağlam şəkildə çatdırmaqdan ibarətdir. Bugün türkdilli ölkələrin bir araya gəlməsi üçün ciddi təşkilatlar yaradılıb.”

Tədbir müxtəlif mövzular ətrafında panel müzakirələr formatında davam etdi.

Məlumat üçün qeyd edək ki, Qurultay 22-25 may tarixlərində reallaşacaq.

Qeyd edək ki, qurultayda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə Heyətinə Prezident yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, ASGA sədri Səbuhi Abbasov, NAYORA və digər təşkilatların təmsilçiləri daxildir.

Yenicag.az

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv