!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı terrorda ölən “Nuranə” azərbaycanlı deyil

!Reklam – Yazi

reinaterrorİstanbulda yaşanan terror hadisəsi zamanı öldüyü deyilən və Nuranə Həsənova kimi təqdim edilən şəxs Azərbaycan vətəndaşı deyil.

Yenicag.az-ın BakiPost.az-a istinadən məlumatına görə, hadisə zamanı yalnız bir azərbaycanlı – Günel Həsənova sol qolundan kəsilmiş yaralar alıb. Hazırda da onun vəziyyəti yaxşıdır.

Məlumatda qeyd olunur ki, hadisə zamanı ölənlər arasında Natalya adlı Rusiya vətəndaşı var:

“Çox güman ki, mətbuatda Nuranə kimi təqdim olunan xanım Natalyadır. Bu səbəbdən cənazə Azərbaycana göndərilmir. Çünki o xanım Azərbaycan vətəndaşı deyil”.

Təmsilçilikdən o da bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu hadisə yaşanan vaxtdan etibarən mütəmadi olaraq həmvətənlərimizlə bağlı bütün məlumatları onlara çatdırır.

Xatırladaq ki, İstanbulda elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən azərbaycanlı Nuranə Həsənovanın da güllələndiyi açıqlanmışdı. Hətta onun cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi.

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv