!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulu qana bulayan terrorçu – “Tək qol” Əhməd kimdir? – Fotolar

!Reklam – Yazi

fon catayev istanbul (4)Xəbər verdiyimiz kimi, iyunun 28-də İstanbulda Atatürk Hava limanında üç terrorçu kamikadze tərəfindən dəhşətli partlayış törədilib. Terror hadisəsi nəticəsində 43 nəfər həlak olub, 237 nəfər yaralıb. Türkiyəni qana bulayan terror aktını törədən üç şəxsdən ikisinin kimliyi rəsmən açıqlanıb. Terrorçuların adı Rakim Bulqaqov və Vadim Osmanovdur. Onların üzərindən Rusiyanın şəxsiyyət vəsiqəsi tapılıb.

Rusiya vətəndaşlarının kirayə tutduqları ev də məlum olub. Terrorçular evdən çıxdıqdan sonra məlumtları silmək üçün “hard disk”i əvvəl kəsici alətlə deşərək zibilə atıblar. Məlumata görə, terror aktının təşkilatçısı çeçen əsilli Əhməd Çatayevdir.

Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvilinin İstanbul terroru ilə bağlı sosial şəbəkədəki qeydləri ciddi rezonans doğurub. Saakaşvili vurğulayıb ki, Çatayev bir neçə il öncə Gürcüstanda həbs olunub, 2012-ci ildə isə azadlığa buraxılıb.

“Biz hakimiyyətdə təmsil olundumuz vatlarda, hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Çatayev həbs edilib. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı həlak olub. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət isə Çatayevi siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxıb”.

Türkiyə mətbuatıda yer alan iddialara görə, Əhməd Çatayev İŞİD terror təşkilatının İstanbul, eləcə də Qafqaz üzrə əmiridir. Bu ilin may ayında Çatayev beş nəfərdən ibarət terrorçu heyəti ilə birlikdə Suriyanın Raqqa şəhərindən Türkiyəyə gəlib. Onlar İstanbul, Pendik və Bahçeşirdə məskən salıblar.

Terrorçu qrupun Taksim meydanı və SultanƏhməd məscidində də terror hadisələri planlaşdırdığı üzə çıxıb.

Türkiyə mətbuatında yer alan digər məlumata görə, çeçen əsilli Çatayev bir müddət Çeçenistanda fəaliyyət göstərib. Əmir Umarovun ölümündən sonra Çatayev İŞİD-ə qoşulub. 2000-ci ildə Rusiyada həbsdə olarkən Çatayevin qolunda iltihab yaranıb. Nəticədə həkimlər onun qolunu kəsiblər. Həmin vaxtdan bəri Çatayev “tək qol” Əhməd ləqəb ilə tanınmağa başlayıb.

2003-cü ildə o, həbsanadan qaçıb. Əhməd Çatayev bu vaxta qədər dörd müxtəlif ölkədə polislər tərəfindən saxlanılıb, daha sonra isə sərbəst buraxılıb. Onun Rusiya xüsusi xidmət orqanları tərəfindən axtarışda olduğu bildirilir.

Çatayev 2003-ci ildə Avstriyaya gedərək siyasi sığınacaq tələb edib. 2008-ci ildə İsveçin Trelleborq limanından ölkəyə girməyə çalışarkən saxlanılıb. Bir müddət sonra isə avtomobilində Kalaşnikov avtomatı və xeyli partlayıcı maddə ilə həbs olunub.

İsveçdə bir illik həbsdən sonra sərbəst buraxılan Çatayev daha sonra Ukraynaya gedib. Bu ölkədə də həbs olunan Çatayev haqqında Rusiyaya deportasiya etmək qərarı verilib. Lakin Ukrayna insan hüquqları təşkilatları qərara etiraz edərək terrorçunun vətəninə deportasiya edilməsinə imkan verməyiblər. Daha sonra Avstriyaya göndərilən Çatayev Bolqarıstan-Türkiyə sərhədini qeyri-qanuni yolla keçərkən nəzarətə alınıb.

2012-ci ildə isə Çatayev Gürcüstanın Lopota vilayətində yaranan qarşıdurmadan sonra da tutulub. Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət onu azadlığa buraxıb.

Rusiya mətbuatı iddia edir ki, Çatayev məhz Gürcüstanda yaşanan qarşıdurmada bir qolunu itirib, daha sonra o, “tək qoll mənasını daşıyan “Odnoruki” ləqəbi ilə tanınıb.

“Kommersant” qəzetinin xəbərinə görə, Çatayev Şimali Qafqazda İŞİD üçün döyüşçü toplamaqla məşğul olub. Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanın İŞİD-ə qoşulmasında Çatayevv vasitəçilik edib.

2015-ci ildə rus mətbuatında Çatayevlə bağlı daha bir sensassion məlumat dərc olunub. Qeyd olunub ki, uzun illər Rusiya kəfiyyatının axtardığı İŞİD-in rəhbərlərindən biri olan Ə. Çatayev Türkiyədə gizlənirmiş.

“30 yaşında olan olan çeçen əsilli Əhmədin köməkçiləri olan çeçen Yaqub İbrahimov və Abdulla Abdullayev Türkiyədə polis tərəfindən saxlanılıb. Rusiya və Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olduğu üçün Əhmədin tam adı açıqlanmayıb”.

Məlum olub ki, “tək qol Əhməd” Moskva, Sankt-Peterburq və Qafqaz ərazisindən xeyli sayda gənci başına toplayaraq Türkiyə yolu ilə Suriyaya göndərib.

İnternet vasitəsi ilə gəncləri başına toplayan “tək qol Əhməd” onları şirnikləşdirərək İŞİD sıralarında cəlb etməklə məşğul olub. Çatayevin “qurbanları” arasında azərbaycanlılar da olub. O, azərbaycanlı mücahidlərin Suriyaya getməsinə bilavasitə şərait yaradırmış.

Türkiyə mətbuatına yer alan xəbərlərə görə, azərbaycanlı olduğu iddia edilən Abdulla Abdullayev Çatayevin Qafqaz regionu üzrə “müavini” olub. İddia edilir ki, Çatayev Abdullayev vasitəsilə Azərbaycandan radikal dindarları İŞİD sıralarında cəlb edib.

KİV-də yayılan məlumatda qeyd olunur ki, 2015-ci ilin 28 avqust tarixində Abdulla Abdullayev polislər tərəfindən saxlanılıb. O, özünü polisə özünü “İŞİD-in İstanbul Əmiri” kimi təqdim edib.

Həmin vaxt Azərbaycanın İstanbuldakı baş konsulluğundan “BBC Azərbaycan”a belə bir açıqlama verilib: “O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub”.(azvision)

www.yenicag.az

1221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv