www.sinerjipro.net

SinerjiProWide
Reklam

54164_i00cgpdz97Aparıcı Vüsalə Əlizadə bir neçə gün əvvəl sosial şəbəkədə yazdığı sərt sözlərlə bağlı açıqlama verib.

Bu haqda danışan aparıcı ailəsində problem yaşadığını bildirib:

“Mən əsəbiləşəndə bütün ailəm də mənlə birlikdə stress keçirir. Mənim balaca qızım və yaşlı anam var. Nəsə olanda onlar da mənimlə birlikdə üzülür. Seriala çəkilirəm, verilişdə oluram, məclislərə gedirəm. Bütün günü işləyib, halal zəhmətimlə pul qazanıram. Heç hərdən yemək yeməyə də vaxtım olmur. Yüküm ağırdır. Evin bütün ağırlığı mənim üstümə düşüb. Mən qızımı tək anamın ixtiyarına buraxa bilmərəm. Özüm də qayğısına qalıram. Hər söz mənə təir edir. O yazıdan sonra anamın təzyiqi belə qalxdı. Nəsə şəkil paylaşıram, oturub həyatımda olan problemdən yazırlar. Bu hadisənin üstündən 2 il keçib. Amma yenə də insanlar onu xatırladırlar. Hər kəsin ailəsində ola biləcək bir şeydir. Heç kim həyat zərbəsindən sığortalanmayıb. Ən əsası da kişilər… Çox üzülürəm ki, Azərbaycanda belə kişilər var. Siz nə bilirsiniz ki, bacınız, qızınız gələcəkdə nə ola bilər? Heç bir qadın istəməz ki, ailəsi dağılsın. Kişi qeyrəti ilə ailəmi saxlayıram, kişiyə ehtiyacım yoxdur. Normal həyat yaşayıram”.

V.Əlizadə maşını olmadığı üçün ona irad tutanlara da cavab verib:

“Hansısa kişi gəlib qapımı döyüb demir ki, evdən çıx, maşını qaytar. Bəzi aparıcılar, müğənnilər belə yaşayır. Deyirlər ki, niyə maşın almırsan. İstəmirəm ki, hər ay kredit vaxtı çatanda pul üçün ağlayım. Oturum kiməsə yığım ki, mənim borcumu ödə. Başımı yastığa rahat qoyuram. Taksi ilə gəzirəm, bəsimdir”(axşam).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 333
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.