!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahət edən turisti köpəkbalığı parçaladı

!Reklam – Yazi

Amerikalı turist Kokos adasında istirahət zamanı pələng köpəkbalığının qurbanına çevrilib.

Yenicag.az xəbər verir ki, hücuma məruz qalan qadın dostları ilə birgə Sakit okeanda yerləşən Kokos adasındakı çimərlikdə dayvinqlə məşğul imiş. Bu zaman o, akulanın hücumuna məruz qalıb. Ən yırtıcısı akulalardan hesab olunan və rənginə görə pələng köpəkbalığı adlandırılan akula qadını bir neçə dəfə dişləyib. Yaralı turist dərhal sahilə çıxarılıb və ona ilkin yardım göstərilib. Lakin o, aldığı ağır yaralar nəticəsində dünyasını dəyişib.

Xarici mətbuatın yaydığı xəbərə görə, akula turistlərə rəhbərlik edən şəxsə də hücum çəkib. Lakin onun vəziyyəti stabildir.

Qeyd edək ki, pələng köpəkbalığı insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar. Uzunluqları 5 m-ə çatan bu akulaların çəkisi də 570-750 kq arasında dəyişir.

www.yenicag.az

1671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv