!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyalı iş adamları “Ulduz”da – Fotolar

!Reklam – Yazi

448bf25e-2fad-4065-b480-f1218eeeca1dİtaliya iş adamları Azərbaycanın Ulduz şokolad fabrikinə maraq göstərirlər

07 dekabr 2015-ci tarixində Neapol-Bakı Assosiasiyasının prezidenti Ciuzeppe Caniglianın başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyyəti Ulduz Şokolad fabrikində işgüzar səfərdə olub. Səfər çərşivəsində İtaliyalı qonaqlar fabrikin istehsal sahələri, anbar və labaratoriya ilə yaxından tanış olublar. Burada şokoladın hazırlanma texnologiyasından tutmuş, onun qablaşdırılmasınadək bütün istehsal prosesləri qonaqlara izahlı şəkildə göstərilib. Görüşdə müəssisənin direktoru Elnur Allahverdiyev müasir texnologiyalarla təchiz edilən Ulduz şokolad fabrikinin istehsal etdiyi məhsullardan və ümumilikdə fabrikin istehsal gücündən danışıb. Görüş zamanı qonaqlara həmçinin bildirilib ki, istehsal prosesində keyfiyyətə daim önəm verən müəssisə rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənilmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır.

Eyni zamanda bildirilib ki, fabrik olaraq əsas məqsəd yerli və xarici bazara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim etməkdir. Ümumilikdə 20-dən artıq ölkəyə hazır məhsul ixrac olunduğunu vurğulayan qurum rəsmisi həmçinin Ulduz fabrikinin müxtəlif keyfiyyət və beynəlxalq sertifikatlar alması, o cümlədən Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalaması barədə də qonaqlara məlumat verib.

Görüşdən məmnun qalan qonaqlar, o cümlədən Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov italiyalı iş adamlarının ölkəmizə investisiya yatırımında, həmçinin Azərbaycandan İtaliyaya yerli məhsulların ixracatında maraqlı olduqlarını və Ulduz şokolad fabrikinin müasir texnoloji avadanlıqlar ilə təchiz olunmuş istehsalından və məhsullarının keyfiyyətindən razı qaldıqlarınl ifadə etmişdir.
Qeyd edək ki, Neapol-Bakı Assosiasiyası Azərbaycanla İtaliya arasında mövcud olan dostluq, ticarət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən təşkilatdır. Baş qərargahı İtaliyanın Neapol şəhərində yerləşən Assosiasiya 2014-cü ildə yaradılmışdır.

www.yenicag.az

953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv