İtaliyada avtobus faciəsi: 16 nəfər həlak oldu

Müəllif: resul

Editor

İtaliyada ağır yol qəzası baş verib.

Yeniçağ.Az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 16 nəfər həlak olub, 39 nəfər isə yanğından xilas edilərək xəstəxanaya yerləşdirildi.

İtaliyanın şimalında məktəb gəzintisindən geri qayıdan avtobus körpünün sütununa çırpılaraq yanıb. Avtobusda macar gənclər olub.

Verilən xəbərə görə Fransadan Macarıstanın paytaxtı Budapeştə səyahət edən və macar gəncləri daşıyan sərnişin avtobusu Veronanın şərq çıxışında qəzaya uğrayıb.

Qeyd edək ki, avtobusda 14-18 yaş arası 55 nəfər olub.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir