İtaliyada zəlzələ: Şəhərin yarısı dağılıb, ölənlər var

Müəllif: Redaktor

Editor

1475108817İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Güclü zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısı dağılıb, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir. Dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.

Hazırda xilasetmə əməliyyatları davam edir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır