Yazı İçi 468×60

qgunesli“Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri, 1 təyyarəsi, Dövlət Sərhəd Xidmətinin (DSX) isə 2 helikopteri bu gün səhər saatlarından başlayaraq itkin düşən neftçilərin axtarışlarını aparır”.

“Azneft” İstehsalat Birliyindən (İB) AzVision.az-a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları da sahilboyu əraziləridə vizual olaraq axtarışlar aparırlar.

“Təəssüflər olsun ki, hələ də axtarışlar bir nəticə verməyib”.

Yanğının nə zaman söndürülməsinə gəlincə, “Azneft” İB-dən bildirilib ki, bunun vaxtını dəqiq demək mümkün deyil.

Qeyd edilib ki, hazırda 6 gəmi yanğının söndürülməsinə cəlb olunub, həmçinin ABŞ-da gələn 6 mütəxəssis də bu istiqamətdə çalışır.

“Bu gün onların xüsusi söndürmə avadanlıqları Bakıya gələcək. Həmin avadanlıqlar dərhal dənizə göndəriləcək”.

Qurumdan verilən məlumata görə, qonşu dövlətlər də axtarışları davam etdirir: “Orada da hər hansı bir məlumat olarsa, dərhal bizə məlumat veriləcək. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."