!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtən neftçilərdən nə xəbər var?

!Reklam – Yazi

gunes20151227“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətini Sahil Mühafizə xidmətinin hərəsinin 1 kateri sahilboyu axtarışları davam etdirir.

Axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və həmin ərazidə iş aparılır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.(Aznews)

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv