!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtən neftçilərlə bağlı yeni məlumat

!Reklam – Yazi

gunesli_yangin_043“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlar aparır.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, axtarışlar bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 gəmisi həmin ərazidə monitorinq aparır.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvəsi Pirallahı ərazisində sahilboyu axtarışlar aparır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.(Azvision)

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv