!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən 12 yaşlı uşağın cəsədi tapıldı - Fotolar

!Reklam – Yazi

Türkiyənin Adana şəhərində itkin düşən məktəbli ölü tapılıb.

Yenicag.az xəbər verir ki, Rıdvan Parlarca adlı uşağın bir neçə quş alıb evə gətirməsi onun valideynlərinin narazılığına səbəb olub. Belə ki, valideynlər Rıdvandan quşlardan sadəcə birini saxlamağı, qalanlarını isə aldığı yerə geri qaytarmasını istəyiblər. Oktyabrın 7-si quşları qaytarmaq məqsədi ilə evdən çıxan məktəbli bir daha geri dönməyib.

12 yaşlı Rıdvanın evə gəlmədiyini görən valideynlər polisə xəbər veriblər. 5 günlük axtarışın ardından uşaq ölü tapılıb.

Bu gün səhər saatlarında uşağın yaşadığı ünvanın yaxınlığındakı kanalda cəsəd görən şəxs polisə məlumat verib. Hadisə yerinə gələn aidiyyatı qurumlar kanaldan uşaq cəsədini çıxarıblar. Araşdırmalar zamanı cəsədin, 5 gündür itkin düşən Rıdvana aid olduğu məlum olub. Tanınmaz halda olan cəsədi , Rıdvanın əmisi saçındakı sarı boyadan tanıyıb. Ekspertizanın ilkin müayinələrinə görə, məktəblinin üzərində heç bir zorakılıq əlamətinin olmadığı görülüb.

Faktla araşdırma davam edir.

www.yenicag.az

6873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv