yenicag.az
yenicag.az

İtkin düşən neftçilər belə axtarılır – Fotolar

İtkin düşən neftçilər belə axtarılır – Fotolar

Müəllif: Redaktor

Editor

xilasetmeemeliyyati-3Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış-xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə edir.

Axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərirlər. SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləri ilə iştirak edirlər.

Yenicag.az xilasetmə əməliyyatlarından çəkilmiş fotoları təqdim edir:

Yenicag.az

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti