İtkin düşən neftçinin ailəsindən REPORTAJ – Video

Müəllif: Redaktor

Editor

9acfe741811ce68a94f1906a990df96cAzərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən biri Edik Rzaxanovdur. Üç azyaşlı övladı atalarının, valideynləri isə oğlunun yolu gözləyir.

APA TV-nin şimal bürosunun xəbərinə görə, bu gün Radikin toyunun 7-ci ildönümüdür. Edik növbəni təhvil verib evə qayıtmalı, evliliyinin ildönümünü ailəsi ilə birlikdə qeyd etməli idi. Qardaşı deyir ki, hadisədən öncə Ediklə telefonla danışıblar: “Danışdıq, hal-əhval tutduq. Dedi, yaxşıdır hər şey, narahat olma. 4-cü gün səhər özü zəng vurub evlə danışıb. Deyib salamatçılıqdır”.

Dayısının sözlərinə görə, Edik 7 il idi ki, dənizdə işləyirdi. Bu günə qədər hər hansı problem olmamışdı: “Yuxarı təşkilatlardan xahişim budur ki, axtarışları sürətləndirsinlər. Camaat gözləyir. Bizim də ümidimiz xəbərlərədir. Hər halda, yaxşı xəbərlər eşitmək istəyirik”.

Qeyd edək ki, itkin düşən neftçilərdən 3-ü Xaçmaz rayonundandır. Dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə zamanı 33 nəfər xilas olunub, 29 nəfər isə itkin düşüb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır