yenicag.az

İtkin düşən səfir yanaraq öldü – FOTO

İtkin düşən səfir yanaraq öldü – FOTO

Müəllif: Redaktor

Editor

1484954880Braziliyada itkin düşən Yunanıstanın səfiri Kiriakos Amiridisin meyiti yanmış avtomobildə tapılıb.

Bu barədə AzVision.az RİA Novosti-ya istinadən verdiyi xəbər verir.
Məlumata görə avtomobil Nova-İquasu bələdiyyəsində aşkar edilib.

Qeyd edək ki, ötən gün KİV Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşdüyünü yazıb. Səfir sonuncu dəfə həftənin bazar ertəsi görünüb. Həmin vaxtdan ondan xəbər tutmaq mümkün olmayıb. Səfirin harada olması haqda hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

Yenicag.az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti